KASALLIK TARIXI
🚨TƏCİLİ! GƏLİN HƏYATI XİLAS EDƏK! 🚨
🆘 Şəhanə balamız xərçənglə mübarizə aparır
Şəhanəmiz neçə illərdir xəstəliyi ilə savaşır, amma təəssüf ki, xəstəlik 2-ci dəfə və çox kəskin şəkildə geri qayıdıb. 💔
İlkin müalicəsi Bakı şəhəri Hematologiya və Transfuziologiya Mərkəzində aparılıb. Daha sonra həkimlər Şəhanənin müalicəsinin Azərbaycanda mümkünsüz olduğunu bildirərək, təcili Türkiyəyə aparılmasını tövsiyə etdilər.
👩⚕️ Xəstə hazırda Türkiyənin EMSEY Hospitalında yerləşdirilib. Həkimlər bildirirlər ki, müalicəyə təcili başlanılıb və davamlı müalicə kursları gedərsə, sağalıb yaşamaq şansı böyükdür – ALLAHın izni ilə. 🙏
💵 1-ci müalicə kursu üçün 14 000 dollar tələb olunur. Ümumilikdə isə ən azı 4 kurs müalicə aparılmalıdır. Müalicə bitən kimi Şəhanəyə ilik köçürülməsi zəruridir və buna minimum 90 000 dollar vəsait lazımdır.
Siz də ALLAHın kömək edən vasitəçiləri ola bilərsiniz. 🤲
Ümid edirik ki, ALLAHın izni və yardımsevər insanların dəstəyi ilə Şəhanə balamız sağlamlığına qovuşacaq və arzuladığı kimi təhsilini davam etdirəcəkdir. 📚💖
